Bəhreyn zindanlarında şiə kitabları qadağan edildi

Bəhreyn zindanlarında şiə kitabları qadağan edildi

-- Məfatihul-Cinan, Səhifətus-Səccadiyyə...

Bəhreyndə cəzaçəkmə müəssisəsində həbsdə olan məhbuslara şiələrin dini ədəbiyyatı qadağan edilib.
 
Maide.Az “İQNA”-a istinadən bildirir ki, bu barədə Bəhreynli hüquqşünas Riym əş-Şəəlan xəbər verib. 
 
O özünün Tyuter sosial şəbəkəsindəki səhifəsində yazıb: Bəhreynin cəzaçəkmə müəssisələrinin əmanətlər saxlanılan bölməsində elanlar lövhəsinə yazılıb ki, siyahıda göstərilən şiə kitablarının məhbuslara çatdırılması qadağandır.
 
Bəhreynli hüquqşünas bildirib ki, bu qadağan edilmiş kitablar siyahısında Məfatihul-Cinan, Səhifətus-Səccadiyyə, ət-Təriq iləllah və s... əxlaq və dua kitabları da var.  “Sual budur ki, tərbiyəvi xarakterli dua, ziyarət və əxlaq kitabları olan bu ədəbiyyatda qadağan ediləsi nə var? Bunlar ki, məzhəbindən asılı olmayaraq hər bir müsəlman üçün faydalı kitablardır?”
 
Riym əş-Şəəlan əlavə edib ki, cəzaçəkmə müəssisələrindəki bu özbaşınalıq aşkar şəkildə beynəlxalq qanunların tapdalanmasıdır.
 

Google+ WhatsApp ok.ru