"Facebook" messencerinin yeni versiyasını təqdim edib

"Facebook" sosial şəbəkəsi özünün mesajların ani mübadiləsi üzrə tətbiqi - "Messenger"in 4-cü versiyasını istifadəyə verib.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə şəbəkənin internet-bloqunda deyilir.
 
"Bu gündən başlayaraq biz "Messenger"in yeni, sadələşmiş versiyasını işə salırıq", - deyə məlumatda bildirilir.
 
Bloqda bildirildiyi kimi, "Facebook" araşdırma nəticəsində belə bir nəticəyə gəlib ki, sosial şəbəkənin istifadəçilərinin 70 faizi "Messeger"in istifadəsində ən əsas prioritet sadəliyi hesab edir: "Buna görə də tətbiqin yeni versiyasının interfeysi sadədir".
 

Google+ WhatsApp ok.ru