"Həşd Şabi" İŞİD-ə qarşı əməliyyatlara başlayıb: "Ərbəin" yürüşünə görə

Əməliyyatın məqsədi Tuzxurmatının şərqindəki əraziləri İŞİD terrorçularından tamamilə təmizləməkdir

İraqın "Həşd Şabi" qüvvələri Bağdad-Kərkük yolunun təhlükəsizliyini təmin etmək məqsədilə şərqi Səlahəddin əyalətində İŞİD terror qruplaşmasının qalıqlarına qarşı əməliyyatlara başlayıb. Bu barədə İraq Müdafiə nazirliyi məlumat yayıb.   

Məlumata görə, əməliyyat bu gün Tuzxurmatu şəhərinin şərqindən başlayıb. "Həşd Şabi"nin 52-ci briqadası Bağdad-Kərkük arasındakı "Ərbəin" yürüşünə gedənlərin keçdiyi yolların təhlükəsizliyini təmin etmək üçün geniş təhlükəsizlik əməliyyatlarını davam etdirəcək. Əməliyyatın məqsədi Tuzxurmatının şərqindəki əraziləri İŞİD terrorçularından tamamilə təmizləməkdir. (eastnews)

Google+ WhatsApp ok.ru