İ.Haniyə: Niyə islami ölkələr və ərəb ölkələri Əqsa məscidinə dəstək üçün....?

İ.Haniyə: Niyə islami ölkələr və ərəb ölkələri Əqsa məscidinə dəstək üçün....?

“Həmas” islam müqavimət hərəkatının liderlərindən biri İsmail Haniyə sionist rejimin Qüdsdə atddığı addımlarla mübarizə aparmağın zəruriliyini vurğulayıb. 
 
Maide.Az xəbər verir ki, Həmas” İslam müqavimət hərəkatının liderlərindən biri İsmail Haniyə bu gün Qəzzada cümə namazında çıxışı zamanı bildirib ki, bu gün işğalçılar qarşısında fəryad edirik və bildirik ki, onların proqramları icra olunmayacaq və uğursuz olacaq. “Bizim xalqımız Qüdsdə qəzəblərini nümayiş etdirmək və qiyam etməklə Fələstinin itmiş etibarını diriltmək istəyir. Məqsədimiz sionist rejimin Qüds və Əqsa məscidi ilə bağlı aldığı qərarları ləğv etdirməkdir. Elektronik təhlükəsizlik qurğuların məscidin giriş qapısına qurşadırılması "Əqsa" məscidinə hörmətsizlikdir”.
 
İ. Haniyə deyib ki, biz Qüds və "Əqsa" məscidinin azadlığı və İslamın qoynuna qaytarılması istiqamətində hərəkət edirik. “Əqsa məscidinə dəstək üçün islami ölkələr və ərəb ölkələri niyə iclaslar keçirmir? "Əqsa" məscidində qazıntılar aparmaq, Qüdsdə məqbədin olması iddiaları və Qüdsün yəhidiləşdirilməsi işğalçıların çox qədimki siyasətlərindəndir”. /.

Google+ WhatsApp ok.ru