Masallıda təqaüd alanlar etiraz etdi, yol bağlandı- Video 24 Sentyabr 2016 01:00 Ölkə Masallıda təqaüd alanların "Kapital Bank" bankomatlarından pul çəkə bilməməsi sakinlərin narazılığına səbəb olub. Bu səbəbdən rayonun mərkəzində Kapitalbankın qarşısında yolu bağlayıblar. Əhalinin əsas narazılığı ümumi Masallı rayonu üçün cəmi Kapital Bankın 3 (hazırda ikisi fəaliyyət göstərir) bankomatının olmasıdır. Və nəticədə onlar günlərlə aparatın qarşısında növbədə dayanmalı olurlar. Digər tərəfdən də bankomatlarda lazımi məbləğdə pul olmaması əhalinin narazılığına səbəb olub. Sakinlər bildirir ki, xəstəsi olan var, dərman almalıdırlar pul isə yoxdur. Əraziyə polis əməkdaşları cəlb edilib. Bir neçə nəfər saxlanılsa da sonradan sərbəst buraxıldıqları deyilir. (cenubnews) / Teqlər : # Masallıda təqaüd alanlar etiraz etdi,#yol bağlandı Video, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah hava yağışlı olacaq Sürücülər mütləq izləsin - Dizelə yağ qatmaq olar? (VİDEO)