Misir Qəzzaya elektrik enerjisi verilişini dayandırıb

Misir Qəzzaya elektrik enerjisi verilişini dayandırıb

Qəzza zolağındakı elektrik paylama şirkəti elan edib ki, Misirdən Qəzza zolağının cənubuna ötürülən elektrik enerjisinin verilişi dayandırılıb. 
 
Maide.Az xəbər verir ki, Fələstinin "Səma" xəbər agentliyinin məlumatına görə, Qəzza zolağındakı elektrik paylama şirkəti bildirib ki, Sina vilayətindəki Əl-Əriş şəhərində yerləşən 66-cı elektrik stansiyası Qəzzanın elektrik enerjisini təmin edirdi və bu stansiyada texniki nasazlıq yaranıb. 
 
Qeyd edək ki, Misirdən Qəzza zolağına 3 elektrik xətti çəkilib. Qəzzanın cənub bölgəsi, xüsusilə Rəfəh və Xan Yunus şəhərlərindəki fələstinlilər bu xətlər vasitəsilə ötürülən elektrik enerjisindən istifadə edirdi.
 

Google+ WhatsApp ok.ru