'Nardaran işi-2`: Vəkillər müdafiə nitqi ilə çıxış edib

'Nardaran işi-2`: Vəkillər müdafiə nitqi ilə çıxış edib

-- Proses dekabrın 25-də davam edəcək.

Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini  Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin məhkəmə prosesi davam edib.
 
Hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən Əmirli Əliyev və Əli Şahbazovun vəkili İradə Cavadova müdafiə nitqi ilə çıxış edib. Vəkil deyib ki, ittihamların müdafiə etdiyi şəxslərlə heç bir əlaqəsi yoxdur və icraata xitam verilməlidir. 
 
Vəkil  hakimləri ədalətli olmağa çağırıb.
 
Ə.Şahbazovun digər vəkili Elman Ağayev də ittihamların saxta olduğunu deyib və bəraət verilməsini istəyib. Digər vəkillər isə çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Proses dekabrın 25-də davam edəcək. 
 
Qeyd edək ki, ötən iclas prokuror çıxış edib. O, Elcin Qasimovun 16 il, Aga Əli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgun Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vusal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il, Əmirəli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.(meydantv)
 
 
 

Google+ WhatsApp ok.ru