Netanyahunun karikaturasını çəkdi işdən qovuldu - FOTO

Netanyahunun karikaturasını çəkdi işdən qovuldu - FOTO

-- Almaniyanın “Süddeutsche Zeitung” qəzetinin karikaturaçısı

İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.a.s) karikaturasına "söz azadlığı" iddiası ilə göz yuman qərb, Netanyahunun karikaturasına görə işçini qovdu
 
Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, Almaniyanın “Süddeutsche Zeitung” qəzetinin karikaturaçısı Diter Xaniç işğalçı sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahunun karikaturasını çəkib.
 
Onun bu hərəkəti qəzet rəhbərliyi tərəfindən "söz azdlığı" kimi deyil, “Yəhudi düşmənçiliyi” kimi dəyərləndirilib və karikaturaçı işdən qovulub.
 
Məlumat üçün bildirək ki, Diter Xaniç həmin karikaturada “Avroviziya 2018”in qalibi olan israilli müğənni Netta Barzilayın geyimini Netanyahuya “geyindirib” və əlində raket tutması təsvirini yaradıb.
 
Qeyd edək ki, bununla da Məhəmməd peyğəmbərin (s.a.s) karikaturasının çəkilməsinə göz yuman Avropa “mədəniyyəti”, Netanyahunun tənqid edilməsinə dözə bilmədi. Bu, Avropanın İslama qarşı ikili standartının və dözümsüzlüyünün sübutu kimi tarixə keçmiş oldu.
 

Google+ WhatsApp ok.ru