Qiyas İbrahimovun atasına cinayət işi açıldı

Qiyas İbrahimovun atasına cinayət işi açıldı

NİDA-nın həbsdə olan üzvü Qiyas İbrahimovun atası Həsən İbrahimov barəsində cinayət işi başlanıb.
 
Bu barədə Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.
E.Sadıqov deyib ki, ona AR Ədliyyə Nazirliyinin istintaq idarəsi tərəfindən CM-nin 289.2-ci maddəsilə (hakimə hörmətsizlik) cinayət işi başlanıb:
 
“Həsən İbrahimovu cərimə, islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmə cəzası gözləyir”                        
İyulun 13-də Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona bu haqda məlumat verilib. Məlum olub ki, cinayət işi Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun işinə baxmış hakim Vüqar Məmmədovun şikayəti əsasında başlanıb.
 
Məhkəmədə hakim Qiyas İbrahimovun sözünü kəsəndə atası əsəbiləşərək, ona oğlunun haqqını tapdaladığını söyləmişdi.
 
“Ənvər Seyidovun başına gələnlər sizin də başınıza gəlsin. Balalarınızdan görəsiz...”, – Həsən İbrahimov belə demişdi.
 
O zaman hakim Vüqar Məmmədov Həsən İbrahimovun söylədiklərinin aktlaşdırılmasına göstəriş vermişdi. /

Google+ WhatsApp ok.ru