Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 25-28° isti, Bakıda gecə 21-23°, gündüz 25-27° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 50-55 % olacaq.
 
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 28-33°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru