'Sovetski'də yeni söküntü dalğası başlanır

'Sovetski'də yeni söküntü dalğası başlanır

-- Nəriman Nərimanov prospekti və İsmayıl Qutqaşınlı küçəsinin arasında yerləşən evlərə görə

“2018-ci ildə keçmiş “Sovetski” küçəsində 2010 yaşayış və qeyri-yaşayış binası söküləcək”.
 
Maide.Az “Turan” Agentliyinə istinadən xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov belə deyib.
 
Başçının sözlərinə görə, yaxın vaxtlarda Nazirlər Kabineti vətəndaşların köçürülməsinə və kompensasiyaların verilməsinə başlanması barədə qərar qəbul edəcək. İndiyədək sözügedən zonada 4300 yaşayış və digər obyekt sökülüb.
 
Ə.Əzizovun bildirməsinə görə, dövlət başçısı Nəriman Nərimanov prospekti və İsmayıl Qutqaşınlı küçəsinin arasında yerləşən evlərə görə, kompensasiya ödənilməsi barədə göstəriş verib.
 
Söküntünün qeyd olunan ərazidə aparılacağı bildirilir.
 

Google+ WhatsApp ok.ru