Suriya üzrə Astana danışıqlarında Rusiya, İran və Türkiyənin hərbçiləri iştirak edəcək

Suriya üzrə Astana danışıqlarında Rusiya, İran və Türkiyənin hərbçiləri iştirak edəcək

Astanada Suriya üzrə danışıqlarda atəşkəs rejiminə zamin olan ölkələr kimi Rusiya, İran və Türkiyə hərbçiləri iştirak etməyi planlaşdırırlar. Bu barədə Ria Novostiyə diplomatik mənbədən bildirilib.
 
 
"Astana danışıqlarında atəşkəs barədə danışılacaq. İndi bu məsələ üzrə saziş Ankarada ekspertlər səviyyəsində hazırlanır, sonra Astanada təsdiq edilmə olacaq. Danışıqlar əsasən məhz bu mövzuya həsr olunacaq".
 
Mənbə tarixinin hələ ki, müəyyənləşmədiyi Astana görüşündə suriyalı müxalifətçilərdən başqa zamin kimi Rusiya, İran və ən əsası Suriya ordusunun nümayəndələrinin qatılacaqlarını bildirib. O, nümayəndələrin əsasən hərbçilərdən ibarət olacağını qeyd edib.
 
Xatırladaq ki, keçən həftə Moskvada ilk dəfə olaraq Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə Suriya üzrə üçlü görüş keçirilib. Nazirlər danışıqların yekunları üzrə Suriyada atəşkəs rejiminin genişləndirilməsinin vacibliyini, həmçinin Dəməşq və müxalifət arasında hazırlanan razılaşmanın qarantı olmağa hazır olduqlarını bildiriblər. (islaminsesi) /

Google+ WhatsApp ok.ru