Vəkil Cavad Cavadov Şeyx Sərdarla görüşüb

Vəkil Cavad Cavadov Şeyx Sərdarla görüşüb

-- 30 yanvar 2018-ci il tarixində saat 11:00-da Hacı Sərdar Hacıhəsənlinin məhkəməsi keçiriləcək

Vekil Cavad Cavadov 17 saylı Cəza çəkmə müəssisəsində Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli (Babayev) ilə görüşüb. 
 
Maidə.Az- a açıqlamasında vəkil bildirib ki, cinayət işi üzrə verilən kassasiya şikayətinə Ali Məhkəmədə baxılacaq. Məhkəmə iclası 30 yanvar 2018-ci il saat 11:00-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.
 
C.Cavadov onu da əlavə edib ki, Şeyx Sərdar məhkəmə iclasında iştirak etmək niyyətindədir. "Bununla bağlı təkrar müraciət edilib. Ümid edirəm ki, Ali Məhkəmədə Sərdar Babayevin azadlığa buraxılması barədə qərar qəbul ediləcək."
 
Qeyd edək ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə)  üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilib.

 

Google+ WhatsApp ok.ru