Vulkan püskürdü - Yüzlərlə təyyarə reysi təxirə salındı

Vulkan püskürdü - Yüzlərlə təyyarə reysi təxirə salındı

-- 75 minə yaxın sərnişin...

İndoneziyanın Bali adasında 1 həftə öncə Aqunq vulkanının püskürməsinin fəsadları hələ də ortadan qalxmayıb.
 
Maide.Az “ensonhaber.com”a istinadən xəbər verir ki, hazırda ada ilə su və hava nəqliyyatı əlaqəsi kəsilib.
 
Bölgədə qatı dumanın görünməsi səbəbindən 450 təyyarə reysi təxirə salınıb. Bu isə ümumilikdə 75 minə yaxın sərnişini əhatə edib.
 
Vulkanın lava və külləri 2,5 km hündürlüyə qədər yüksəlib. Rəsmilər kraterin 4 km əhatəsində yüksək risk elan edib. Qatı dumanın Yava adasına qədər çatacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru