Yəməndə 2 milyondan çox uşaq aclıqdan əziyyət çəkir

Yəməndə 2 milyondan çox uşaq aclıqdan əziyyət çəkir

BMT-nin uşaq fondu – UNICEF elan edib ki, Yəməndə 2 milyon 200 min uşaq aclıqdan əziyyət çəkir və təcili yardıma ehtiyacları var. 
 
Maide.Az xəbər verir  ki, UNİCEF bəyanat yayaraq bildirib ki,  Yəməndə hazırda 462 min uşaq kəskin qida çatışmamazlığından əziyyət çəkir ki, bu rəqəm 2014-ci ilə müqayisədə 200 dəfə artıb. 
 
UNİCEF-in bəyanatında bildirilir ki, Yəmənin Əl-Hədidə, Səada, Təzz, Haccah və Ləhəc əyalətlərində qida çatışmamazlığı ilə üzləşən uşaqların durumu daha ağırdır. 
Bildirilir ki, Yəməndə qida çatışmamazlığı getdikcə artır. Qida çatışmazlığından əziyyət çəkən uşaqların hazırkı durumu faciəvidir. Vəba və qızılca kimi xəstəliklər uşaqlar arasında geniş yayılıb və uşaqlar arasında çoxlu itgilərin olmasına səbəb olub. 
 
Qeyd edək ki, dünya ərzaq təşkilatının yaxın şərq üzrə kordinatoru Muhannad Hadi oktyabr ayında yayımladığı hesabatında bildirib ki, milyonlarla yəmənli beynəlxalq humanitar yardımlar olmasa həyatda qala bilməyəcəklər. “Qadınlar və körpələr Səudiyyə Ərəbistanın Yəməndəki əsas qurbanlarıdır. Yəməndə 14.1 milyon nəfər aclıqdan əziyyət çəkir. Onlardan 7 milyon nəfərin vəziyyəti olduqca ağırdır”. 
 
M.Hadi hesabatda əlavə edib ki, Yəməndə 700 mindən çox 5 yaşdan aşağı uşaqlara, süd verən və hamilə qadınlara yardım olunur. Amma bu kifayət etmir. Xalqın əksəriyyəti səfalət içində yaşayır. Yəmən xalqının 70 faizi aclıq və işsizliklə mübarizə aparır. (presstv)
 
 

Google+ WhatsApp ok.ru