Ürəyin sağlamlığını qoruyan faydalı qarışım 14 İyul 2017 01:00 Sağlamlıq Düzgün və sağlam qidalanma ürəyin və damarların sağlamlığında olduqca böyük rol oynayır. Bəzi məhsullar var ki, onları ürək üçün əsl təbii dərman hesab etmək olar. Maide.İnfo saglamolun.az-a istinadən xəbər verir ki, bu məhsulları qidalanmaya daim daxil etməklə ürəyinizi cavan və sağlam saxlaya bilərsiniz. Sizə ürək-damar sistemi üçün çox faydalı qarışığın reseptini təqdim edirik. Bu mükəmməl qarışıq ürək üçün olduqca faydalı olan 2 məhsuldan ibarətdir - pomidor şirəsi və zeytun yağı. Gündə 1 dəfə yeməkdən 40 dəqiqə sonra 1 çay qaşığı zeytun yağı əlavə olunmuş 1 stəkan təzə pomidor şirəsini için (duz əlavə olunmur!). Qarışığın faydaları: - ürəyi möhkəmləndirir - yüksək arterial təzyiqi aşağı salır - damarları möhkəmləndirir, onların elastikliyini artırır - damarları təmizləyir - damarlarda trombların əmələ gəlməsi riskini azaldır - xolesterolun səviyyəsini aşağı salır - qanın tərkibini yaxşılaşdırır. Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı bu qarışığın istehlakı sağlamlığa ziyan vura bilər. Bu bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, xora və s.), böyrək və öd daşı xəstəliyi, podaqra və s. / Teqlər : # Ürəyin sağlamlığını qoruyan faydalı qarışım, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gün yanıqlarına qarşı ən yaxşı müalicə üsulları 15 günə təzyiqi salan 5 qida
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir