İsrail rejimi özünü ərəb ölkələrinə “birləşdirir”

İsrail rejimi özünü ərəb ölkələrinə “birləşdirir”

-- dəmir yolunun tikintisi üçün 2019-cu ildə büdcədən 4,5 milyon dollar ayırmaq...

İşğalçı İsrail rejim bəzi ərəb ölkələrinə birləşmək üçün  dəmir yolu xətti çəkməyi planlaşdırır.  
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti yazıb. 
 
Məlumata görə, yeni çəkiləcək dəmir yolu xətti  işğalçı rejimi İordaniyaya və daha sonra isə İraq və Səudiyyə Ərəbistanına  birləşdirəcək.
 
Sionist rejim dəmir yolunun tikintisi üçün 2019-cu ildə büdcədən 4,5 milyon dollar ayırmaq fikrindədir.
 
Qeyd edək ki, Fələstinin işğal olunmuş ərazisində dəmir yolunun uzunluğu 15 km olacaq. Həmçinin körpü və tunel tikilməlidir.

Google+ WhatsApp ok.ru