`İstehlakçı tələbinin əqrəbi hansı yana dönəcək`

`İstehlakçı tələbinin əqrəbi hansı yana dönəcək`

-- Manatın sabitliyinə gəlincə, müəllif bunu...

"Novoye Vremya" qəzetində "İstehlakçı tələbinin əqrəbi hansı yana dönəcək" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ekspertlərə istinadən bildirir ki, neftin qiymətinin artması istehlak inflyasiyasını da artırır, amma bu, ilk növbədə idxalçı neft ölkələrinə aiddir və ixracatçı olduğu üçün bu problem Azərbaycana toxunmaya da bilər.
 
Azərbaycanın milyard manatla müxtəlif məhsullar, eləcə də ərzaq məhsulları idxal etdiyini deyən müəllif bu baxımdan istehlak inflyasiyasının ölkədən yan keçməyəcəyini də vurğulayır: "İnflyasiya ilə bağlı durum hələlik Azərbaycanda ciddi təhlükələr doğurmur, məhsul və xidmətlər 3,5% bahalaşıb, inflyasiya isə aprel ayında 0,2% azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-aprel aylarında ərzaq malları 3,7%, qeyri-ərzaq malları 4,1%, xidmətlər isə 2,8% bahalaşıb".
 
Əhalinin gəlirlərinə gəlincə, müəllif deyir ki, ilk rübdə maaşlar 10% artıb ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,5% çox deməkdir: "2018-ci ilin ilk rübündə muzdluların gəlirləri 2017-ci ilə nisbətdə 3,5% artaraq orta aylıq əməkhaqqı 532,4 manat təşkil edib. Elə bu ərəfədə inflyasiya 4 % olsa da ərzaq malları 4,5%, qeyri-ərzaq malları isə 4,3 % bahalaşıb".
 
Müəllif deyir ki, beləliklə, hələlik gəlirlərin artımı inflyasiyanın artımından geri qalır.
 
Gəlirlərin özünü istehlak bazarında göstərməsinə gəlincə isə müəllif bildirir ki, əhalinin mal alması və əhaliyə xidmət xərcləri artıb.
 
Müəllifin bildirməsinə görə, istehlakçılar mağazalarda daha çox xərcləsələr də bu xərc artımı yenə də baş verir.
 
Yazı müəllifi deyir ki, pərakəndə satış nöqtələrində əhalinin xərc strukturunda elə bir ciddi iş baş verməyib, elektik mallarına, benzinə və s. tələbat artıb, amma istənilən halda əhali ərzaq mallarına daha çox vəsait xərcləyir.
 
Müəllifə görə bu isə heç də əhalinin nə isə əlavə evə cihaz və ya mebel alması deyil, əksinə evdə olanın sıradan çıxmasına görə məcburi addımdır.
 
Müəllif bunu da deyir ki, əgər istehlakçı problemsiz olaraq ucuz lstehlak kreditlərinə çıxış əldə etməsə bu xərclərin əsaslı şəkildə artacağını gözləməyə dəyməz.
 
Yazı müəllifinin deməsinə görə, istehlak kreditlərində azalma müşahidə edilir, o qədər də yüksək maaş almayan əhalidə isə o qədər vəsait yoxdur ki, alış-veriş etsin.
 
Müəllifin iddiasına görə, həm də bütünlükdə nə əhalinin gəlirləri, nə maaş artımı əhalinin həyat səviyyəsinin enməməsini zəmanət altına almayıb, həm də iki devalvasiya yaşamış xalq öz xərclərində indi daha ehtiyatlıdır.
 
Manatın sabitliyinə gəlincə, müəllif bunu son zamanlar neftin qiymətinin nisbi artımı ilə əlaqələndirib.(contact.az)
 

Google+ WhatsApp ok.ru