Ən çox qəza bu yolda olur

Ən çox qəza bu yolda olur

"Yüklü avtomobillər Ağsu aşırımından getməyə o qədər də üstünlük vermirlər"

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Ələt-Astara yolunda ölümlə nəticələnən qəzaların sayının digər magistral yollara nisbətən çox olmasının səbəbini açıqlayıb.
 
O bildirib ki, ölkə üzrə avtomobillərin ən çox hərəkət intensivliyi Ələt yolunda müşahidə edilir. Onun sözlərinə görə, cənub və qərb istiqamətindən gələn nəqliyyat vasitələri Qaradağ rayonunun ərazisindən keçir.
 
“Yüklü avtomobillər Ağsu aşırımından getməyə o qədər də üstünlük vermir. Çünki onların hərəkətində müəyyən qədər çətinliklər yarana bilər. Ona görə də hamı düz yolu seçir. Şəki, Qazax, Lənkəran, Astara və digər rayonlardan gələn avtomobillərin hamısı Ələt istiqamətindən keçir. Bu baxımdan orada hərəkət intensivliyi müşahidə edilir. Bu yolda qəzaların baş vermə ehtimalı da digər yollara nisbətən daha çoxdur”. (azvision) /

Google+ WhatsApp ok.ru