Ərbəin` Mərkəzi Qərargahının sözçüsü: Ərbəin ziyarətinə gedənlərin sayı artib - Azərbaycandan (Özəl)

Ərbəin` Mərkəzi Qərargahının sözçüsü: Ərbəin ziyarətinə gedənlərin sayı artib - Azərbaycandan (Özəl)

-- Azərbaycan, Gürcüstan, Pakistan və Əfqanıstandan...

Bu ilki Ərbəin ziyarətində  əcnəbi zəvvarların xüsusi ilə Azərbaycandan olan zəvvarların sayı artmışdır.  Bunu Ərbəin" Mərkəzi Qərargahının sözçüsü Şəhriyar Heydəri Maide.Az-a açıqlamasında deyib. 
 
Ş.Heydəri deyib ki,  zəvvarlar heç bir çətinliklə qarşılaşmadan İran-İraq sərhəddini keçib və Ərbəin ziyarətinə gedib.  “Bu ilki Ərbəin yürüşündə  iştirak etmək üçün Azərbaycan, Gürcüstan, Pakistan və Əfqanıstandan  87 min əcnəbi zəvvar İrandan quru yolla tranzit olaraq İraqa gedib. Cari ilin Ərbəin yürüşündə həmçinin İranın daxilində yaşayan təqribən 187 min əcnəbi zəvvar (əsasən Əfqanıstandan olan və İranda yaşayan) İraqa səfər edib. 
 
Onun sözlərinə görə,  cari ilin Ərbəin yürüşündə Azərbaycan Respublikasından zəvvarların sayı ötən illərlə müqayisədə  çoxalıb.  “Azərbaycanlı zəvvarlar çox nizam-ntizamlı idilər və öz davranışları və nizam – intizamı ilə digər zəvvarlar üçün nümunə idilər. Gələn həftə ölkələr üzrə İran ərazisindən İraqa Ərbəin yürüşü üçün səfər edən əcnəbilərin dəqiq statistikasını açıqlayacağıq.”
 
İranın qərb bölgəsində baş vermiş zəlzələ ilə bağlı zəvvarların ölkələrinə geri dönüşündə heç bir maneənin yaranmadığını bildirən  Ş.Heydəri deyib ki, hazırda sərhədlərdə sıxlıq yoxdur və əcnəbi zəvvarlar Mehran və Şələmçə sərhədləri vasitəsi ilə öz ölkələrinə qayıda bilər.

Google+ WhatsApp ok.ru