“Liderləri ön cəbhədə vuruşan cəmiyətlər məğlub olmaz” - Səudiyyəyə gözdağı

“Liderləri ön cəbhədə vuruşan cəmiyətlər məğlub olmaz” - Səudiyyəyə gözdağı

-- Yəmən xalqı bu fədakarlıqlar sayəsində mütləq uğura nail olacaq

“Bəhreyn 14 fevral koalisiyası” Yəmən Ali Siyasi Şurasının rəhbəri Saleh əl-Səmədin şəhid edilməsi ilə bağlı bəyanat yayıb.
 
Maide.Az “Shafaqna”ya istinadən xəbər verir ki, bəyanatda Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü sərt şəkildə qınanılıb.
 
Qeyd edilib ki, liderləri ön cəbhədə vuruşan cəmiyətlər məğlub olmayacaq və Yəmən xalqı bu fədakarlıqlar sayəsində mütləq uğura nail olacaq:
 
İslami Əməl Partiyasının nümayəndəsi Şeyx Abdullah Saleh isə Yəmən edilən hücum qarşısında səssiz qalan dünya ictimaiyyətini tənqid edib. O, hər fürsətdə insan haqlarından danışan beynəlxalq təşkilatların Yəməndə baş verənlərə göz yumduqlarını söyləyib.
 
Şeyx Saleh Səudiyyənin vəhşiliklərinə qarşı Yəmən xalqının göstərdiyi dirənişi isə təqdirəlayiq adlandırıb.
 

Google+ WhatsApp ok.ru