1 milyon dollar dəyərində olan mükafat sahiblərinə təqdim olunub-FOTO

1 milyon dollar dəyərində olan mükafat sahiblərinə təqdim olunub-FOTO

-- “Mustafa (s) ” elmi mükafatı Türkiyəli və İranlı alimlər alıb

Müsəlman dünyasında elmin inkişafına dəstək məqsədilə təsis olunmuş “Mustafa (s)” elmi mükafatın qaliblərinə  ötən gün Tehranda keçirilən tədbirdə mükafatlar təqdim olunub. 
 
Maide.Az  İran KİV-lərinə istinadən xəbər verir ki, Türkiyəli professor  Erol Gelenbəyə və  İranlı professor  Məhəmməd Əmin  Şükrüllahi müşətərək olaraq 1 milyon dollar (hər birininə 500 min dollar) dəyərində mükafat təqdim olunub.
 
Məhəmməd Əmin Şükrüllahi  kompüter elmləri və riyaziyyat üzrə doktorluq dərəcəsini Almaniyanın  Almaniya Bonn Universitetindən alıb. O, telekomunikasiyada baş verən xətaları müəyyənləşdirən “Raptor kodu” adlı inkişaf etmiş kod ixtira etdiyi üçün  “Mustafa (s)” elmi  mükafata sahib olub. 
 
Türkiyəli  professor  Erol  Gelenbə də kompüter elməri üzrə  mühəndis və riyaziyyatçıdır.  London London Kral Universitetinin Elektrik və Elektron Mühəndisliyi fakültəsinin müəllimidir.  O, Gelenbe Network adlı kompüter şəbəkələrinin performansını qiymətləndirmək və təkmilləşdirmək üçün modellər və üsullar təqdim etdiyi üçün “Mustafa (s)”  mükafatına sahib olub. 
 
Ötən gün mükafatların təqdim etmə mərasimində  İslam dünyasından 90  elm adamı və  İranın yüksək çinli rəsmiləri iştirak edib. 
 
Qeyd edək ki,  İslam dünyasının nobel mükafatı kimi tanınan Mustafa (s) mükafatı  müsəlman dünyasında ən yaxşı ixtiraları gerçəkləşdirən alimlərə 2 ildən bir  təqdim olunur.  
 
Mükafata İslam peyğəmbərinin adlarından biri olan “Mustafa (s) ” ismi verilib. Bu mükafatın müsəlman dünyasında ən yaxşı ixtiraları gerçəkləşdirən alimlərə verilməsi nəzərdə tutulub. Mükafatın verilməsi prosesinə xüsusi təşkil edilən şura nəzarət edir.
 
İlk “Mustafa (s)” mükafatı 2015-ci ildə İslam peyğəmbərinin doğum günü ərəfəsində “Vəhdət” həftəsində 4 nominasiya üzrə təqdim edilib, 2 nəfər Ömər Yaghi (nano texnologiya) Jackie Ying  (biotexnologiya) üzrə qalib olub. Nominantlara nağd pul mükafatı ilə yanaşı, üzərində fars, ərəb və ingilis dillərində yazılar həkk olunmuş dəyərli medal verilir. 
 
Mükafat 500 min ABŞ dolları məbləğində nəzərdə tutulur.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru