Bəqərə, 51. Və (yadınıza salın) o zaman(ı) ki, Musa ilə qırx gecə vədələşdik (ki, həmin müddət ərzində Tur dağında Tövratı ona vəhy edək). Həmin vaxt siz ondan (o getdikdən) sonra buzova ibadət etməyə başladınız və həmin halda zalım idiniz.

Həzrət Məhəmməd (s) buyurur:
“Bir şeyi bilmədən danışan kəsə göyün və yerin mələkləri lənət oxuyar.”



100 nəfərə qarşı 30 min?

Tarix : 23-09-2017 08:34

Hər bir döyüşün öz standartları var. Döyüş qaydalarına görə yüz nəfərə qarşı maksimum min nəfər çıxarıla bilər. Əgər Quranda “Ənfal” surəsinin “Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir. İçərinizdə iyirmi səbrli kişi olsa, iki yüz kafirə, yüz səbrli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır!” (Ənfal-65) ayəsini nəzərə alsaq, bu zaman da 100 nəfərə qarşı maksimum min nəfər göstərildiyinin şahidi olarıq. 
 
Tarix kitablarında qeyd edilir ki, Kərbəla hadisəsi zamanı İmam Hüseynin (ə) 150 nəfərlik qoşununa qarşı 30 minlik qoşun göndərilmişdi. Görəsən niyə belə edilmişdi? Bu qeyri-standart bərabərsizliyin səbəbi nə idi? Quran ayəsinə əsasən İmam Hüseynin (ə) səhabələrinin iman və ixlasını nəzərə alsaq, onların üzərinə 1500, maksimum 2000 nəfərlik qoşun göndərilməli idi. 
 
Bəs 30 min niyə?
 
Əvvəla, onu qeyd edim ki, Yezid İmam Hüseynin (ə) kim olduğunu çox yaxşı bilirdi. Nə qədər dinlərini satmış olsalar da, İmamı (ə) tanıyır, kimliyindən xəbərdar idilər. Yezid (təbii ki, Yezid özü yox, hərbi məsələlər üzrə müşavirləri və sərkərdələri) ehtimal edirdi ki, müsəlmanlar qəfildən ayıla, qeyrətə gələ, dünya sevgisindən əl çəkə, zamanın imamına yardıma gedə bilərlər. Bu, hər an baş verə bilərdi. Bu cəhətdən ehtiyatı əldən verməməyə çalışır, qoşunun sayını qat-qat çox edir.
 
Maraqlıdır ki, Yezid yezidliyi ilə müsəlmanların ayıla, korluqdan xilas ola biləcəklərini, dünya və axirət xoşbəxtliyinin təminatçısı olan Hüseynin (ə) yanında yer ala biləcəklərini ehtimal edir, ancaq müsəlmanlar öz ayılacaqlarından tamamilə əllərini üzürlər, özlərinə Yezidin onlara verdiyi qədər dəyər vermirlər...
 
İkincisi, Yezid bilirdi ki, özü batil, Hüseyn (ə) isə haqdır.  Hüseyni (ə) qətlə yetirəcəyi təqdirdə ona qarşı qiyamların baş verəcəyini də dəqiq bilirdi. Buna görə də öz qanlı işinə daha çoxlu sayda adamı ortaq etməyi düşünür. Bu qanlı hadisəyə nə qədər adamı ortaq etsə, bir o qədər adamı gözü kölgəli etmiş olacaq, bir o qədər qiyam ehtimalının qarşısı alınmış olacaqdı. Bu səbəbdən də həm satın alma, həm müxtəlif vasitələrlə şirnikləşdirmə, həm təhdid, həm də təzyiq siyasətini işə salıb daha çoxlu sayda adamı Kərbəlaya getməyə vadar edir. Əgər imkanı olsaydı, bütün müsəlmanları oraya cəm edərdi.
 
Döyüşdə “Kim Hüseynə bir ox, bir nizə, bir qılınc vursa, gəlsin mükafatını alsın” göstərişi də bunun bariz nümunəsidir. Bu, onu göstərir ki, düşmən üçün Hüseyni (ə) qətlə yetirmək deyil, onun qətlində iştirak edənlərin, əli Hüseyn (ə) qanına bulaşanların say çoxluğu mühüm əhəmiyyət daşıyırdı. Əli Hüseyn (ə) qanına bulaşanlaırn sayı nə qədər çox olsa, Yezidin, din, insanlıq düşməni olan batil, cani, fasiq, diktator hakimiyyətinə qarşı çıxanların sayı bir o qədər az, onu dəstəkləyənlərin sayı, əksinə daha çox olar.
 
Kərbəla hadisəsindən sonra baş vermiş qiyamın da məhz “Tövbəkarların qiyamı” adlandırılmasının əsas səbəbi bu olmuşdur. Kərbəla hadisəsinə göz yumanlar, tamaşaçı olanlar və susanların bir qismi sonra tövbə etdi. Nə yazıq ki, heç bu tövbə də ilxaslı tövbə olmadı.  Axirətdən əllərini üzdükləri üçün dünyadan min əllə yapışanlar, zaman-zaman Kərbəlanı unutdurmaq, onu gözdən salmaq, diqqət mərkəzindən uzaq tutmaq istəyənlər, ona qınaq və ittiham dolu nəzərlərlə baxanlar, bu yolda cani-dildən çalışanlar əli Hüseynin (ə) qanına bulaşanlarla eyni cəbhədə yer alırlar. 
 
Famil Burxanoğlu (Maide.az)
 

Teqlər : 100 - nəfərə - qarşı - 30 - min? -

Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:36
06:56
12:25
18:08
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.