1000-ə yaxın itirilmiş sənəd tapılıb: Bu vasitələrlə məlumat ala bilərsiz

1000-ə yaxın itirilmiş sənəd tapılıb: Bu vasitələrlə məlumat ala bilərsiz

“Azərpoçt” MMC-nin “Poçtap” sisitemində 988 itirilmiş sənəd qeydiyyatdan keçib.
 
Maide.Az xəbər verir ki, bu barədə Trend-ə “Azərpoçt”dan bildirilib. Həmin sənədlərdən 321-i sahibinə təhvil verilib.
 
Tapılan sənədlərin 662-i müvafiq strukturlara verilib, 5-i isə hələki "Azərpoçt"un şöbə və filiallarındadır.
 
"Pochtap" xidməti Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün ölkə ərazisində "Azerexpresspost" poçt-ekspres xidməti vasitəsi ilə itirilmiş sənədlərin vaxtında çatdırılmasını təmin edir.
 
Tapılan sənədlər barədə məlumatları xidmətin 169 nömrəli telefonuna zəng etməklə və ya “pochtap.az” saytı vasitəsilə əldə etmək olar.
 
İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün müddətində qala bilər. Daha sonra onlar müvafiq strukturlara təhvil verilməlidir.
 
Məlumat üçün bildirək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.
 

Google+ WhatsApp ok.ru