10 000 manat + 200 manat = 500 manata orta aylıq...

10 000 manat + 200 manat = 500 manata orta aylıq...

-- Azərbaycanda orta əməkhaqqının ödənməsilə bağlı əfsanə və əsatirlər

"Exo" qəzetində diqqəti "Azərbaycanda orta əməkhaqqının ödənməsilə bağlı əfsanə və əsatirlər" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif Azərbaycanda orta aylıq əmkhaqqının hesablanması və dəyərini müzakirəyə çıxarır.
 
Öncə müəllif Avropanın bəzi ölkələrində orta aylıq əmək haqqının həcmi barədə məlumat verir: ""Eurostat"ın məlumatına görə, 2016-cı ildə orta aylıq əmək haqqı Böyük Britaniyada 3118 avro, Niderlandda 3 min avrodan bir qədər çox, Almaniyada 2980 avro təşkil edib".
 
Bundan sonra müəllif Azərbaycanda orta aylıq əməkhaqqının həcmi haqda statisitk göstəriciləri xatırladır: "Azərbaycanda nə baş verir? 2016-ci ilə nisbətdə 2017-ci ilin yanvar-fevral aylarında orta aylıq maaş 5,9% artdıqdan sonra 499 manat olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, orta aylıq əmək haqqı neft sahəsində 3007,1 manat, qeyri-neft sektorunda 440,6 manat, dövlət müəssisələrində 378,9 manat, özəl sektorda 671,5 manat olub, beləliklə, bu göstəricilərə əsasən, 2017-ci ildə ölkə üzrə orta aylıq maaş 514 manata çatıb".
 
Müəllif deyir ki, bu 514 manat orta aylıq əmək haqqı avro ilə ekvivalentdə 240 avro deməkdir, bunun cüzi olmasına baxamyaraq belə, bu maaşı da hamı ala bilmir.
 
Daha sonra müəllif deyir ki, orta aylıq əmək haqqı ölkədə yüksək maaş alan əhali kateqoriyası ilə aşağı maaş alan kateqoriyanın maaşlarının cəmlənməsi və ümumi işçi sayına bölünməsi ilə alınan orta rəqəmdir: "Biri ayda 10 min manat alır, digərinin aylıq maaşı heç 200 manata da çatmır, amma orta hesabla 500 manat orta aylıq maaş alırlar. Bir məşhur lətifədə deyildiyi kimi, qonşu ət yeyir, mən isə kələm, belə alınır ki, ikimiz kələm dolması yemişik. Əhali qruplarının gəlirləri arasında belə kəskin fərq olduğu üçün orta gəlir haqda danışmağa belə dəymir".
 
Məmurların gəlirlərinə gəlincə, müəllif deyir ki, onalrın gəlirləri ümumiyyətlə ictimaiyyətdən gizlədilir, bu təbəqə aylıq, illik gəlirləri barədə gəlir bəyannaməsi vermədikləri üçün nə qədər qazandıqları da müəmmalı olaraq qalır.
 
Müəllif isə bu düşüncədədir ki, məmurlar heç də maaş hesabına yaşamırlar, öz biznesləri var və bu da onlara kifayət qədər yüksək gəlir gətirir.
 
Müəllif hesab edir ki, ölkədə əhalinin əksəriyyətinin həyat səviyyəsi pis vəziyyətdə olduğu kimi, elə statistika da pis durumdadır, belə ki, vətəndaşların çoxu hətta statistikada əksini tapan "orta aylıq maaşı" da ala bilmir.
 

Google+ WhatsApp ok.ru