1000 dollarlıq istehlak limiti azaldılır?

1000 dollarlıq istehlak limiti azaldılır?

“Mətbuat.az”da isə “1000 dollarlıq istehlak limiti azaldılır? – açıqlama” sərlövhəli məqalədə Azərbaycan vətəndaşlarının xaricdən bağlama üsulu ilə gətirilən məhsullarda aylıq 1000 dollarlıq limitinin azaldılması müzakirə olunur.
 
Müəllif  izah edir ki, aylıq olaraq 1000 dollar həcmində dünyanın istənilən e-ticarət mağazasından alış-veriş etdikdə ƏDV və idxalat vergisi ödəməyə ehtiyac qalmır.
 
Müəllifə görə, bu limit alıcılara bir çox məhsulları ucuz almaq imkanı yaradır, amma son zamanlar bu limitin azaldılması ilə bağlı fikirlər yaranıb.
 
İqtisadçı ekspert Günay Hüseynova isə deyir ki, bu limitin aşağı salınması kiçik bizneslə məşğul olan sahibkarlar üçün heç də xoş xəbər deyil.
 
İqtisadçıya görə, Covid-19 virusundan sarsılan sahibkarlara birdə bu limit tətbiq olunarsa vəziyyət heç də ürək açan olmaz.
 
Həm də iqtisadçı izah edir ki, limitin azaldılmasına səbəb bəzi şəxslərin sırf bu malları ölkəyə şəxsi istifadə üçün yox, satış üçün gətirdiyini, amma bir növ vergidən yayınma hallarına səbəb olduqlarını göstərir.
 
G.Hüseynova deyir ki, sahibkarlığın, eləcə də iqtisadiyyatın inkişafı üçün bu limit artırılmalıdır, Covid-19 virusundan dolayı yetərincə zərər çəkmiş sahibkarlara bir də bu limit azalmasını tətbiq etmək qiymətlərin artırılmasına səbəb olacaq.
 

Google+ WhatsApp ok.ru