1000 mağaza, 200 milyon manat... - 'Diqlas'dakı yanğının DƏHŞƏTLİ SONU

1000 mağaza, 200 milyon manat... - 'Diqlas'dakı yanğının DƏHŞƏTLİ SONU


Bu gün Bakıda yanan "Diqlas" Ticarət Mərkəzində 1000-ə yaxın sahibkara zərər dəyib.

Maide.Az bildirir ki, bu barədə "Bakupost.az"-a danışan bazarda ticarətlə məşğul olan şəxslərdən biri deyib ki, yanğın nəticəsində 1000-ə yaxın dükan tamam yararsız hala düşüb və dükanlardakı bütün mallar külə donub: "Yanğın səhər erkən saatlarda başladığı üçün sahibkarların əksəriyyəti işə gəlməmişdi. Gələnlər də mallarını çıxara bilmədi. Ticarət Mərkəzindəki dükkanların hamısında malların demək olar ki, hamısı yanıb külə dönüb, heç kim malını çıxara bilməyib".

Sahibkar bildirir ki, TM-də dükanların kvadratmetrinin qiyməti 200 manatdan başlayır. Ticarət mərkəzinin sahibləri isə dükan sahiblərinin mallarını sığortalamayıb.


Əldə etdiyimiz məlumata görə, yanğın nəticəsində sahibkarlara dəyən ziyanın miqdarı təxminən 200 milyon manata yaxındır.

Google+ WhatsApp ok.ru