1000 yaşlı Quran əlyazması Vaşinqtonda

1000 yaşlı Quran əlyazması Vaşinqtonda

Xəbər verdiyimiz kimi, Vaşinqtonda Qurani-Kərimin qədim əlyazmalarından ibarət böyük sərgi keçirilir.
 
Maide.Az xəbər verir ki, müqəddəs kitabın bəzi nümunələrinin demək olar ki, 1000 yaşı var. Quran sərgisi Smitson institutunun muzeyində keçirilir. Sərgidə dünyanın müxtəlif yerlərindən təqdim olunan 60 əlyazma nümayiş olunur.
 
Sərgidə Quranın bədii ənənələri çoxəsrlik qeydləri işıqlandırılır. Məhəmməd Peyğəmbərin (s) vəfatından sonra Quranın ilk yüz ildə yaradılan əlyazmalarını bu sərgidə görmək mümkündür.
 
 
 

Google+ WhatsApp ok.ru