106 milyon insanın şəxsi məlumatları oğurlanıb

106 milyon insanın şəxsi məlumatları oğurlanıb

"Capital One" adlı maliyyə xidməti şirkətinə edilən kiber hücum nəticəsində 100 milyon ABŞ və 6 milyon Kanada vətəndaşının şəxsi məlumatları ələ keçirilib. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb. 
 
Hakerlər kiber hücum zamanı telefon nömrələri, elektron adreslər, doğum tarixləri və kredit hesablarını oğurlayblar.
 
Bundan başqa, 140 min nəfərin sosial təhlükəsizlik nömrəsi ələ keçib.
 
Ölkənin ən böyük 7-ci kommersiya bankı olan "Capital One" açıqlayıb ki, federal rəsmilər şübhəli Peic Tomsonu (Paige Thompson) yaxalayıb. /FaktXəbər 
 

Google+ WhatsApp ok.ru