10 hektar pambıq sahəsi sel sularına qərq olub - FOTO

10 hektar pambıq sahəsi sel sularına qərq olub - FOTO

Pambığın çiçək açdığı vaxt olduğuna görə, bitkiyə ciddi ziyan dəyib
 
Goranboy rayonunda pambıq sahələri sel sularının altında qalıb.
 
Buna səbəb rayon ərazisindən keçən Goran çayının daşmasıdır. Nəticədə ətrafda olan 10 hektara yaxın pambıq sahəsini su basıb. 
 
Fermerlər bildirir ki, pambığın çiçək açdığı vaxt olduğuna görə, bitkiyə ciddi ziyan dəyib. 
 
Goranboy Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna verilən məlumata görə, ötən gün yağan güclü dolu və yağışdan sonra rayonda fəsadların yarandığı ərazilərə baxışlar davam edir: "Baş verən təbiət hadisəsi ilə bağlı Rayon İcra hakimiyyətində komissiya yaradılıb. İcra başçısnın göstəriş və tapşırıqlarına əsasən aşkarlanan problemlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görüləcək". (report) /
 
 
 
 

Google+ WhatsApp ok.ru