10 yaşlı müsəlman qız ‘Google’nin təşkil etdiyi rəsm yarışmasının qalibi olub  - FOTO

10 yaşlı müsəlman qız ‘Google’nin təşkil etdiyi rəsm yarışmasının qalibi olub - FOTO

ABŞ-da yaşayan 10 yaşlı müsəlman qız “Google Doodles”in təşkil etdiyi rəsm yarışmasının qalibi olub. 
 
Maide.Az  xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın Miçiqan İslam Akademiyasının şagirdi olan Liyana Sidiq adlı 10 yaşlı qız “Google Doodles”  tərəfindən “böyüyəndə nə  olmaq istəyirsən” mövzusunda keçirilən  rəsm yarışmasının qalibi olub.  
 
L.Sidiq öz rəsm əsərində Marsda müsəlman  qadın astronavtını canlandırıb. 
 
“Google” şirkəti tərəfindən müxtəlif yaş qrupları arasında təşkil olunan  rəsm yarışının  1, 2,3,4 və 5-ci yerlərin qaliblərinə 5 min avro dəyərində təqaüd ayırılacaq.  Qaliblər üçün  Google şirkətinin Kaliforniya ofisinə ekskursiya təşkil ediləcək. 
 

Google+ WhatsApp ok.ru