10 yaşlı uşağı xilas etmək üçün həyatını fəda edən şəhid - VİDEO

10 yaşlı uşağı xilas etmək üçün həyatını fəda edən şəhid - VİDEO

İnsan həyatının mənası təkcə yeyib-içmək, yatmaq və bu kimi şeylərdən ibarət deyil. Bu dünyada kiməsə dayaq olmaq, kiminsə əlindən tutmaq, bəzən isə müqəddəs amal yolunda öz canından keçmək kimi xüsusiyyətlər insanın həyatını mənalı edir. Bütün bu ideyaları özünə ömür yolu seçərək yaşayırdı Ramazan.
 
Haşiyə: Ramazan Əhəd oğlu Quliyev 1951-ci il, iyun ayının 20-də Fizuli rayonunda anadan olub. Körpə ikən atasını itirib.
 
Ailəsi ilə Cəbrayıl rayonunun Alıkeyxalı kəndinə köçüb.Tibb Universitetinə daxil olsa da təhsilini yarımçıq qoyaraq kəndə qayıdıb və ailəsinin yükünü öz üzərinə götürüb. Qarabağ uğrunda döyüşlərdə könüllü olaraq iştirak edib.  1992-ci il, sentyabr ayının 1-də ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, həmin ilin dekabr ayının 16-da şəhadətə qovuşub.
 
Ermənilər torpaqlarımıza təcavüz edəndə döyüşlərə atılmışdı. Elə ölümü də həyat amalına uyğun oldu.
 
Ramazanın körpə ikən atasız qalan iki oğlu və bir qızı artıq böyüyüb, ailə qurublar. Hətta böyük oğlunun indi balaca bir Ramazanı da var. Yəqin ki, o böyüyəndə heç zaman üzünü görmədiyi babasının qəhrəmanlığına görə fəxr edəcəkdir. Necə ki, bu gün Ramazanın övladları buna görə fəxr edirlər.
 
Mübarizim.tv
 

Google+ WhatsApp ok.ru