112 yaşlı britaniyalı Ginnesin rekordlar kitabına düşüb

112 yaşlı britaniyalı Ginnesin rekordlar kitabına düşüb

Martın 29-da 112-ci ad gününü qeyd edən britaniyalı Robert Ueyton dünyanın ən yaşlı kişisi kimi tanınaraq Ginnesin rekordlar kitabına düşüb.
 
Bu barədə Ginnesin rekordlar kitabınln saytında deyilir.
 
Robert Ueytonun üç övladı, 10 nəvəsi və 25 naticəsi var. Britaniyada yeni növ koronavirusun yayılmasının qarşısını almağa dair qaydalara uyğun olaraq, Ginnesin rekordlar kitabının nümayəndəsi adətən olduğu kimi Robertlə şəxsən görüşə bilməyib. Əlamətdar hadisəni qeyd etmək üçün bütün təbriklər təhlükəsiz məsafədən edilib.
 
Dünyanın ən yaşlı xanımı isə 116 yaşlı yaponiyalı Kane Tanakadır. /Trend
 

Google+ WhatsApp ok.ru