11 avqust İmam Sadiqin (ə) şəhadət günüdür

Öz həkimanə, məntiqli sözlərinlə zamanın zalımlarını diz çökdürmüş və dincliyini əlindən almışdın. Sən səbr və ixlas təcəssümü, səxavət mənbəyi idin. Ey Mədinə elminin “Günəşi”! Hansı müəllimi göstərmək olar sənin qədər şagird yetişdirmiş və hansı elm ocağını göstərmək olar ki, sənin məktəbinin müqabilində durmuş olsun? Hansı alimdir ki, səndən bəhrələnməmiş elm əldə etsin?  Mənsur Dəvaniqi əyninə xilafət libası geyinib özünü haqq göstərsə də sənin uzaqgörən siyasətin nəticəsində onun canavar sifəti üzə çıxmış və İslamın əslində bəşəriyyətin düşməni olan bu zalımı camaata tanıtmışdın. Məhz buna görə də Mənsur Dəvaniqinin zamanı onun zəhərindən daha acı idi. Elə bir zəhər ki, elm günəşinin şüasını söndürmək istəsə də bacaradı. Kafirlər Allahın nurunu öz ağızları ilə söndürmək istəsələr də Allah Öz nurunu tamamlayacaq.
Əziz müsəlman bacı və qardaşlar! İmamət səmasının altıncı ulduzu həzrət İmam Sadiqin (ə) şəhadəti münasibəti ilə Maide.az saytının əməkdaşları adından övladı İmam Zamana (əc) və siz əziz möminlərə başsağlığı verir, uca Allahdan hamınıza İmam Sadiqə (ə) zinət verən şiə olmanızı arzu edirik.
Hicri 148-ci il şəvval ayının 25-də (11 avqust) İmam (ə) zəhərələnərək, şəhid edilib. Həzrətin (ə) pak vücudu Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir./
 

Google+ WhatsApp ok.ru