11 ildir həbsdə olan Əli İnsanov barədə yeni həbs qərarı verildi 11 Oktyabr 2016 01:00 Hüquq 11 ildir ki, həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov barəsində yenidən, 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi qərar çıxarıb. Qərar Qaradağ Rayon Prokurorluğunun təqdimatı əsasında çıxarılıb. Keçmiş nazirin vəkili Toğrul Babayev AzadlıqRadiosu-na bildirib ki, Əli İnsanov məhkəmədə iştirakdan imtina edib. "Mənə qarşı irəli sürülmüş ittiham yalandır. Bu, çox uğursuz şərləmədir. Mənim 11 illik həbs müddətimin başa çatmasına 9 gün qalmış azadlığa çıxmağımın qarşısını almaq üçün atılmış addımdır", – Əli İnsanov barəsindəki yeni həbs qərarına belə münasibət bildirib. Ə.İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Ancaq azadlığa çıxmasına bir neçə ay qalmış - bu il avqustun 24-də Ə.İnsanova yeni cinayət işi açılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib. Qərarda göstərilir ki, Ə.İnsanov avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb. Ə.İnsanov ittihamları qəbul etmir. Bunu onu həbsdə saxlamaqdan ötrü düşünülmüş ssenari sayır.(azadliq.org) Teqlər : #11 ildir həbsdə olan Əli İnsanov barədə yeni həbs qərarı verildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 3 gün evə gəlməyən dindarın sorağı həbsxanadan gəldi 13-cü “zon”da nə baş verib?