12 yaşlı məktəblini maşın vurdu- VİDEO

12 yaşlı məktəblini maşın vurdu- VİDEO

Şəkidə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
 
Maide.Az ARB-yə istinadən xəbər verir ki, qəza zamanı Şəki şəhər sakini Məmmədov Rafiq Ramiz oğlu idarə etdiyi 55 BN 867 dövlət nömrə nişanlı, “Mersedes” markalı avtomobillə yolu keçən piyada 12 yaşlı məktəbli Babayev Ağaəli Əhsən oğlunu vurub.
 
Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs sürücü tərəfindən dərhal Şəki RMX-ya çatdırılıb.Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağırdır.
 
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar aparılır.
 

Google+ WhatsApp ok.ru