1229 Özbək İnterpol tərəfindən axtarılır

1229 Özbək İnterpol tərəfindən axtarılır

1229 Özbəkistan vətəndaşı İnterpol tərəfindən axtarılır. 
 
Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilir. 
 
Məlumata görə, həmin şəxslərdən 131 nəfər insan alveri ilə, 1098 nəfər isə ekstremizm və terrorizmlə günahlandırılır.
 
Siyahıdakı 175 nəfərin xaricdə yaşadığı və bu ilin 6 ayı ərzində 54 nəfərin də beynəlxalq axtarış siyahısına əlavə olunduğu bildirilib. 
 
Keçdiyimiz aylarda, iqtisadi cinayətlər səbəbiylə axtarılan bəzi Özbəkistan vətəndaşları, Birləşmiş Ərəb Əmirlikləri və Çindən Özbəkistana qaytarılıb. 
 
 

Google+ WhatsApp ok.ru