12 gün öncə komaya düşən qazimiz  Zeynal Fizuli oğlu Şahhüseynov bu gün  şəhid olub

12 gün öncə komaya düşən qazimiz Zeynal Fizuli oğlu Şahhüseynov bu gün şəhid olub

12 gün öncə komaya düşən qazimiz  Zeynal Fizuli oğlu Şahhüseynov bu gün  şəhid olub. 
 
Maide.az xəbər verir ki,  ağır vəziyyətdə olan Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin məsləhəti ilə Bakıya gətirilmiş və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmişdi. 
 
Qeyd edək ki, şəhid Z.Şahhüseynov müharibə başlayandan cəbhəyə yollanıb və kəşfiyyat bölüyündə xidmət etmişdi. 
 
Əsgər Z.Şahhüseynov Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanmış və döyüş zonasından çıxarılaraq Bakı Şəhər Hərbi Hospitala yerləşdirilmişdi. Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində davamlı müalicə alan qazi 12  gün öncə  komaya düşüb Lənkəran Mərkəzi xəstəxanasına yerləşdirilmiş. Bir neçə gün orada qaldıqdan sonra  ötən həftə Bakıya gətirilmiş və bu gün Respublika Neyrocərrahiyyə Xəstəxanasında şəhid olub. 
 
Mütəal Allahdan şəhidimizə rəhmət və xalqımıza səbr diləyirik!

Google+ WhatsApp ok.ru