12 illik təhsilə keçid üçün 7 model təklif edilir - VİDEO

Bir-birindən kifayət qədər fərqlənən modellərini hər birinin üstün və mənfi cəhətləri ola bilər ona görə də, Azərbaycan üçün ən ideal varint axtarılır. Məsələn təklif edilən modellərdə üçündə 1 il məktəbə hazırlıq nəzərdə tutulur. Qeyd edək ki, bu Azərbaycanda hazırda mövcud olan məktəbəqədər təhsilə bənzəsə də 6 yaşından olması və məcburi nəzərdə tutulması ilə fərqlənir. Amma bir sıra ekspertlər bunu Azərbaycan üçün real saymır.
 
Variantların üçündə ibtidai təhsili 5 il, ikisində isə 6 il olması nəzərdə tutulub. Digər modellərdə isə hazırda olduğu kimi ibtidai təhsilin 4 il saxlanılması təklif olunur.
 
Ekspertin deyirlər ki, 12 illik təhsil sisteminə keçidlə əlaqədar proqramın yüngülləşdirilməsi, orta məktəbdə tədris olunan dərsliklərinn məzmunun dəyişidirilməsi nəzərdə tutulur. Əjdər Ağayevin fikrincə, 12 illik təhsil sistemi ilə bağlı ən optimal variant 4 il ibtidai, 5 il orta, 3 il isə tam orta təhsil müəyyənləşdirilməsidir. Qəbul edilən modelin isə ən az 1 il sınaqdan keçirilməsi məqsədəuyğundur.

Google+ WhatsApp ok.ru