12 yaşlı Fələstinlinin IT sahəsində etdikləri dünyanı heyrətləndirir

Fələstinli müsəlmanlar öz nailiyyətləri, elmi ixtiraları ilə dünyanı heyrətləndirmək davam etdirirlər. 
 
Maide.Az xəbər verir ki, Qəzzalı qızın son nəsil kosmik gəmiləri ixtirasından sonra, 12 yaşlı Məhəmməd Əlhaulimi də öz ixtiraları ilə nəzərləri özünə cəlb edib.
 
Məhəmməd 9 yaşında özünün ilk mobil əlavəsini qurub. Daha sonra o, 2015-ci ildə Las-Veqasda keçirilən ümumdünya elektronika şousunda və Barselonada keçirilən ümumdünya mobil konqresində iştirak edib.
 
Məhəmməd IT-texnalogiyası sahəsində bütün bilik və bacarıqlarına "YouTub" kanalı vasitəsilə yiyələnib. O, heç bir müəllimdən dərs almadan bu biliyə sahib olub.
 
Fələstinli kompyuter dahisinin əsas məqsədi şəxsi İT şirkətinin açılmasıdır.
 
Qeyd edək ki, illərdi sionist rejim Fələstin xalqını mühasirədə saxlayaraq, onlara rahat və səmərəli həyat sürməyə imkan vermir. /

Google+ WhatsApp ok.ru