13. Şamdan geri qalanlar

13. Şamdan geri qalanlar

Mühəddis Qumi Kamil Bəhaidən belə nəql edir: “Nübuüvvət ailəsinin əsir xanımları yol boyu ataların ölümünü azyaşlı uşaqlarından gizlədir və deyirdilər: “Atalarınız səfərə gediblər.” Bu minval, Yezid əsirləri Şama gətizdirənə qədər davam etdi. (Onları saraya yaxın bir yerdə məskunlaşdırdılar.) İmam Hüseynin (ə) dörd yaşlı qızı bir gecə yuxudan oyandı, pərişan və narahat halda dedi: “Atam hanı? Mən indicə onu gördüm!”
 
Qadınlar bu sözləri eşitdikdə, göz yaşı töküb nalə səslərini ucaltdılar. Yezid səsə yuxudan ayılıb soruşdu: “Nə xəbərdir?” Xəbəri Yezidin qulağına çatdırdılar. O da göstəriş verir ki, atanın başını qızının yanına aparsınlar. İmam Hüseynin (ə) mübarək başını qızının yanına gətirdikləri zaman soruşdu: “Bu nədir?” Dedilər: “Atanın başıdır!”. Kiçik qız fəryad etdi, xəstələndi və o günlərdə də Şam şəhərində dünyadan köçdü.
 
Bəzi kitablarda bu əhvalat daha geniş şəkildə qeyd edilib: “Başın üstünə örtük atdılar və dedilər: Bu atanın başıdır. Qızcığaz başı götürüb dizləri üzərinə qoydu və dedi: “Ey ata, kim məni uşaq vaxtı yetim qoydu?...” O qızcığaz belə sözlərdən çox dedi, nəhayət, dodağını atasının dodaqlarına qoydu və o qədər ağladı ki, özündən getdi. Onu ayıltmaq istədikdə, öldüyünü gördülər. Əhli-beytin (ə) də nalə, ağlamaq sədası ucaldı. (“Nəfəsul-məhmum”, səh.259-260.)
Amma o qızcığazın adına gəlincə, mötəbər mənbələrdə onun adı qeyd edilməmişdir. Hərçənd, bizə məlum və məşhur olan adının Rüqəyyə olmasıdır. Hansı ki, hazırda Dəməşq şəhərində onun adına əzəmətli bir hərəm var və hər il minlərlə Əhli-beyt aşiqləri onun ziyarətinə gedirlər.
 
Seyid ibn Tavus Tasua günü, əsr vaxtının hadisələrini nəql edərkən, İmam Hüseynin (ə) qadınlara təskinlik verdiyini, Rüqəyyənin adını çəkdiyini yazır: “İmam Hüseyn (ə) Ümmü-Gülsüm, Zeynəb, Rüqəyyə, Fatimə və Rübaba müraciət etdi və onları səbirli, dözümlü olmağa çağırdı. (“Məlhuf” (Lühuf), səh.141.) Lakin onun İmam Hüseynin (ə) qızı olmasını və yaşının neçə olmasını qeyd etməyib.
 
Əllamə Seyid Möhsin Əmin “Əyanuş-şiə” kitabında İmam Hüseynin (ə) Rüqəyyə adlı qızından söz açır və deyir ki, Dəməşqdə bir məzar ona mənsubdur. (“Əyanuş-şiə”, c. 7, səh.34.)
 
“Rəyahinuş-şəriə” kitabında da bu qızın adı Rüqəyyə gəlmişdir . İmam Hüseynin (ə) üç və ya dörd yaşlı qızının Şam xarabalığında ürəkağrıdıcı vəziyyətdə can verməsi və sonradan – BəniÜməyyənin zahiri cah-cəlalından bir şey qalmadığı bir halda – onun məzarı üstə çox əzəmətli məqbərənin ucaldılması öyüd alanlar üçün ən mühüm bir ibrət dərsidir; Bəni-Üməyyənin əzəmətli sarayları viran olduğu və onlardan geriyə bir iz qalmadığı halda, Peyğəmbər (s) ailəsindən olan üç-dörd yaşlı körpənin bərəkətinə o xarabalıq abad oldu. (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.614-616.)
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru