14 min ildir ki, Antarktidadadırlar

14 min ildir ki, Antarktidadadırlar

-- Çinli alimlərin yeni kəşfi

Çinli alimlər pinqvinlərin varlığının 14 min 600 il əvvələ aid olduğunu deyib.
 
Maide.Az "yenisafak"-a istinadən xəbər verir ki,  Çinli alimlər tərəfindən aparılan araşdırmaya görə, pinqvinlərin Antarktidadakı varlığının 14 min 600 il bundan əvvələ getdiyi üzə çıxıb. Beləliklə, pinqvinlərin daha əvvəl düşünüldüyündən 6 min il əvvəl mövcud olduqları da məlum oldu.
 
Araşdırma Əyalət Okean Rəhbərliyi və Çin Elm Universiteti tərəfindən birgə yaradılan laboratoriyada bir araşdırma qrupu tərəfindən həyata keçirilib.
 
 
Antarktidanın şərqindəki Vestfold Hillsdə həyata keçirilən araşdırma 15 min 600 il əvvələ aid qeyri-buzlaq qalığı və 14 min 600 il əvvələ aid pinqvin ifrazat və qalıq çöküntüləri tapıb.
 
Tapıntılar buz təbəqəsinin əriməsindən təxminən min il sonra pinqvinlərin köç etdiyini və saylarının artdığını göstərir.

 

Google+ WhatsApp ok.ru