1400 hektar torpaq geri qaytarılıb

Azərbaycanda 388 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
 
Maide.az xəbər verir ki, “Trend” agentliyinin xəbərinə görə, Ədliyyə naziri Fikrət Məmmədov bunu fevralın 15-də keçirilən kollegiya iclasında bildirib.
 
Kollegiyada bu il fevralın 12-də Milli Məclisdə dinlənilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə barədə məlumat verilib. Bildirilib ki, 2015-ci ildə yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 59 minə qədər bələdiyyə aktına baxılıb. Onlardan 1700 akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib. Təmin edilməyən təkliflərlə bağlı məhkəmələrdə 19 iddia qaldırılıb.
 
Bələdiyyələrin  qanunsuz ayırdığı 1.400-dən çox hektar torpaq sahəsi geri qaytarılıb.
 
Qeyd olunub ki, 65 material hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmçinin qanunvericiliyin tələblərini pozan 388 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilib./
 
 

Google+ WhatsApp ok.ru