140 ölkədə ‘Beynəlxalq Hicab Günü’ keçiriləcək

140 ölkədə ‘Beynəlxalq Hicab Günü’ keçiriləcək

140 ölkədə "Beynəlxalq Hicab Günü" keçiriləcək. 
 
Maide.Az İQNA-a istinadən xəbər verir ki, Fevral ayının birində VII Dünya Hicab Günü keçiriləcək.
 
Bu mərasimlərdə yüz minlərlə insanın iştirak edəcəyi gözlənilir.
 
Qeyd edək ki, fevralın 1-i "Beynəlxalq Hicab Günü" kimi qeyd edilir. Bu gün dünya üzrə milyonlarla qadına hicab barədə məlumatlar verilir və onlar müxtəlif tədbirlərdə iştirak etməyə dəvət edilir.
 
Hicab gününün qeyd olunması ilə bağlı fikrin müəllifi bir gün qeyri-müsəlman rəfiqələrinə hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif edən Nyu-York sakini Nazma Xandır. Nazmanın bu ideyası bütün dünyadan dəstək alıb. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər 22 dilə tərcümə olunub. Bununla bağlı rəsmi internet səhifəsi də açılıb: www.worldhijabday.com
 
Böyük Britaniya, Avstraliya, Hindistan, Pakistan, Fransa, Almaniya və digər ölkələrdən olan onlarla qadın hicabla bağlı sullar vermək və müsəlman örtüyünü bir günlük bağlamağa hazır olduqlarını bildirib.

 

Google+ WhatsApp ok.ru