145 min Rohingiyalı qaçqın uşaq qida çatışmazlığı təhlükəsi  ilə üzləşib

145 min Rohingiyalı qaçqın uşaq qida çatışmazlığı təhlükəsi ilə üzləşib

Myanma hökumətinin vəhşiliyi və zülmündən qaçaraq Banqladeşə sığınan  145 min Rohingiyalı müsəlman qaçqın uşaq hazırda qaçqın düşərgələrində kəskin qida çatışmazlığı təhlükəsi ilə üzləşib. 
 
Maide.Az xəbər  verir ki, bunu Böyük Britaniyanın Fəlakət Bölgələri üzrə Fövqəladə Xeyriyyə Komitəsi  cümə axşamı açıqlamasında deyib. 
 
Komitə elan edib ki, beş yaşına çatmamış qaçqın uşaqların 14 mindən çoxu artıq doyunca yeməmək yeyə bilmir.  “Rohinciyalı müsəlman qaçqınların arasında 50 mindən çox hamilə və körpələrə süd verən  qadın var. Onlar əlverişli ərzaq payından məhrumdur və  təcili ərzaqla təmin olunmalıdır”.-deyə  xeyriyyə cəmiyyəti bildirib. 
 
Qeyd edək ki, Myanmar ordusunun Arakan ştatında 25 avqustdan bu yana davam edən hücumları nəticəsində çox sayda arakanlı müsəlman həyatını itirib. Hücumlarda hədəf alınan 200-dən  çox kənd yandırılıb. On minlərlə arakanlı müsəlman can təhlükəsizliyi səbəbilə bölgədən qaçmağa çalışır.
 
Vətəndaşlar quru və dəniz yolu ilə Myanmardan Banqladeşə keçməyə cəhd edir. 
 
Myanmar hökumətinin beynəlxalq təşkilatlara bölgəyə giriş icazəsi verməməsinə görə, öldürülən rohingiyalı müsəlmanların sayı müəyyənləşdirilməyib.
 
Arakanlı qeyri-hökumət təşkilatları həyatını itirən müsəlmanların sayının 3 minə yaxın olduğunu bildirir. 
 
Myanmar rəhbərliyi, qaçqın və ya evsiz qalan arakanlı müsəlmanlara humanitar yardım çatdırılmasına da imkan vermir.  
 

 

Google+ WhatsApp ok.ru