14780 hadisə, 87 ölüm

14780 hadisə, 87 ölüm

Fövqəladə Hallar Nazirliyi illik hesabat yayıb.
 
Maide.Az bildirir ki, rəsmi statistikaya görə, 2020-ci ildə Azərbaycanda 2019-cu illə müqayisədə 11% az, 14780 fövqəladə hadisə baş verib.
 
Hadisələr nəticəsində 87 nəfərin həlak olduğu, 278 nəfərin xəsarət aldığı vurğulanır.
 
Açıqlamaya əsasən, 49 nəfər yanğın hadisələrinin, 33 nəfər fərdi evlərdə və çoxmənzilli yaşayış binalarında partlayışların, 4 nəfər binaların zədələnərək uçmasının, 1 nəfər torpaq sürüşməsinin qurbanı olub.

Google+ WhatsApp ok.ru