14 ildə 90 min hacı həyatını itirib

14 ildə 90 min hacı həyatını itirib

Livanın “Əl-Əxbar” qəzeti yazır ki, bir sıra sənədlər əldə edib ki,həmin sənədlər göstərir ki, Ali Səud rejimi Həccin idarəedilməsinəvə Allah evinin qonaqlarının təhlükəsizliyinin təmininə  qadir deyil. Ali Səud bu  ayindən siyasi məqsədləri və təkfirçi vəhhabi  düşüncələrini regionda vədünyada yaymaq üçün istifadə edir.
 
Maide.Az xəbər verir ki, cümə günü yayımladığı  nömrəsində son  14 ildə Səudiyyə Ərəbistanda müxtəlif hadisələr zamanı həyatını itirmiş hacıların statistikasını açıqlayıb.  Qəzetin yazdığına görə  Mina faciəsi  həcc tarixində  baş vermiş  ən böyük  faciədir.  Ötən il həcc mövsümü zamanı baş vermiş  faciədə ölənlərin sayını Səudiyyə Ərəbistan 769  nəfər elan edir və yaralıların sayını isə 694 nəfər elan edib. Lakin bu rəqəm 7 minədək  qeyd olunur.  
 
Qəzet yazır ki,  əldə etdiyi  sənədlərdə  1423 –cü il hicri qəməri ilindən 1437-ci hicri qəməri ilinədək bütün ölkələrdən  həccdə həyatını itirmiş hacıların adı, kimliyi, yaşı və ölüm tarixi qeyd olunub. “3121 səhifəlik sənədə görə, 14 il ərzində  90 min 267 hacı həyatını itirib və baş vermiş ən böyük faciə isə ötən il baş verən Mina faciəsidir”. 
 
 

Google+ WhatsApp ok.ru