14 yaşlı müsəlman Britaniya Universitetində müəllimdir

14 yaşlı müsəlman Britaniya Universitetində müəllimdir

14 yaşlı müsəlman Yaşa Aslı Böyük Britaniyanın “Leicester" Universitetində müəllim kimi işə başlayıb. 
 
Maide.info xəbər verir ki,  gənc riyaziyyatçı dahi 13 yaşında universitetdə müəllim işləmək üçün  müsahibədən keçib. O öz rəqbilərini geridə qoyub və işə qəbul olub.
 
İndi o özündən yaşca böyük tələbələr üçün həftəlik seminarlar təşkil edir. “Bu, mənim həyatımın ən yaxşı illəridir. Universitetə gedərək, tələbələrə kömək etməkdən xoşum gəlir. Məktəbli forması geyindiyim günlər sona çatdı...”, - deyə “canlı kalkulyator” ləqəbli yeniyetmə bildirib. 
 
O,  8 yaşında olarkən orta məktəbin riyaziyyat kursunu dünya üzrə ən yüksək qiymətlə bitirən, (yəni 100 xaldann 100-nü də toplamış) ilk uşaqdır. 
 
Hazırda Yaşa Esli ali məktəbin sonuncu kursundadır və doktorluq dissertasiyası yazmağı planlaşdırır.(islam.ru)
 

 

Google+ WhatsApp ok.ru