14 yaşı tamam olmamış şəxslərə dərman satılmayacaq

14 yaşı tamam olmamış şəxslərə dərman satılmayacaq

-- Layihə səsə qoyularaq qəbul olunub

Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilib. Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna əlavə layihəsi müzakirə olunub.
 
Qanuna təklif edilən 13.3-1 bəndinə görə, ölkədə 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.
 
Layihə səsə qoyularaq qəbul olunub.
 

Google+ WhatsApp ok.ru