150 ekspert Rio olimpiya oyunlarının keçirilmə məkanının dəyişdirilməsini istəyib

Səhiyyə məsələləri üzrə 150 ekspert Braziliyada "zika" virusunun yayılması səbəbindən bu ölkənin paytaxtında keçiriləcək olimpiya oyunlarının məkanının dəyişdirilməsi və ya zamanının təxirə salınmasını istəyib.

Röyters-in məlumatına görə, bu ekspertlər Ümumdünya Səhiyyə Təşkilatına açıq məktubda bildiriblər ki, avqustda yarım milyondan çox turistin iştirakı ilə Rio-de-Janeyroda olimpiya oyunlarının keçirilməsi bu təhlükəli virusun yayılması ehtimalını artırır.

Bu məktubda belə əlavə olunub: Braziliyada yaılmış "zika" virusu insan sağlamlığına elə ziyanlar vurur ki, indiyədək tibb elmində onun tayı müşahidə olunmayıbdır.

Ekspertlər turistlərin"zika" virusuna yoluxmaları və onların hər birinin öz ölkəsinə qayıtmasını insanların sağlamlığı əleyhinə beynəlxalq bir təhdid hesab edirlər.

2014-cü ilin mayıından Braziliyada "zika" virusu müşahidə olunmağa başlayıbdır.

"Zika" virusunun əsərləri 20 digər ölkədə də müşahidə olunubdur.

Hamilə qadınların "zika" virusuna yoluxmaları kiçik kəlləyə malik körpələrin dünyaya gəlməsinə bais olur.

Google+ WhatsApp ok.ru